Göygöldə həyatını itirən hamilə qadının yoldaşı: “Onları həkimlər ÖLDÜRDÜLƏR”

Göygöldə həyatını itirən hamilə qadının yoldaşı: “Onları həkimlər ÖLDÜRDÜLƏR”






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Cəbrayıl, #Füzuli, #göldə, #Hadisə, #Həkim, #Həkim səhlənkarlığı, #Jurnalistlər, #Körpə, #Ölüm hadisəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 25-də Göygölün Murovdağ qəsəbə sakini, 35 yaşlı Nuranə Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya qəbul olunsa da, qadın və onun bətnindəki körpə bir neçə dəqiqə sonra həyatını itirib.

presstvaz   Baku TV-yə istinadən xəbər verir ki, N.Cəbrayılovanın yaxınları hadisə ilə bağlı jurnalistlərə açıqlamalarında bildiriblər ki, ana və körpənin ölümü həkim səhlənkarlığı səbəbindən olub.

“Dedilər ki, həm ana, həm də uşaqla bağlı hər şey qaydasındadır, doğuş yaxşı keçəcək. 10 dəqiqə sonra yuxarı qalxanda gördüm ki, hamı bir tərəfə qaçır. Qapını açıb içəri girəndə artıq həyat yoldaşımla körpəm həyatını itirmişdi. Onları həkimlər öldürdülər”, – mərhumun həyat yoldaşı Füzuli Cəbrayılov deyib.

Ətraflı süjetdə:

“Göygöldə hamilə qadın və bətnindəki körpəsinin doğuş zamanı ölməsinin səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarına əsasən veriləcək”.

presstvaz bilddirir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

“1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) 25 fevral saat 10:30-da Göygöl Rayon Mərkəzi Xəstəxanasına 39 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, doğuş fəaliyyətinin I dövrü diaqnozu ilə hospitalizasiya olunub.

Həkim mama-ginekoloq tərəfindən hamilə müayinə edilib və doğum fəaliyyəti başladığı üçün nəzarətə götürülüb.

Təxminən saat 15:10-da hamilə qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma) həkim anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra, təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasiya tədbirləri icra olunmağa başlanılıb.

Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib. Ölüm hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit ekspertiza üçün təhvil verilib”, – deyə məlumatda bildirilir.

Göygöldə hamilə qadın və bətnindəki körpəsi doğuş zamanı xəstəxanada ölüblər.

presstvaz  Oxu.Az-a istinadən bidirir ki,  rayonun Murovdağ qəsəbəsində məskunlaşmış, Kəlbəcər rayon sakini, 1990-cı il təvəllüdlü Nuranə Əlibaba qızı Cəbrayılova və körpəsi doğuş prosesi başladıqdan bir neçə dəqiqə sonra dünyasını dəyişiblər.

Yaxınlarının verdiyi məlumata görə, N.Cəbrayılova hamiləlik dövründə daim mərkəzi xəstəxanada müayinələrdən keçib və onun heç bir problemi olmayıb.

Göygöldə hamilə qadın və bətnindəki körpəsi ölüblər.

presstvaz   “Report”a istinadla xəbər verir ki, Kəlbəcər rayon sakini, N.Cəbrayılova 9 aylıq hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Lakin onu və bətnində olan körpəsinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv