İşğaldan azad olunmuş ərazilərimizdə “ASAN xidmət” mərkəzləri yaradılacaq

İşğaldan azad olunmuş ərazilərimizdə “ASAN xidmət” mərkəzləri yaradılacaq






presstv

"Presstv"az #ASAN xidmət, #Azərbaycan, #İşğaldan azad olunmuş ərazilər, #Şuşa, #Ülvi Mehdiyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İşğaldan azad olunmuş ərazilərimizdə böyük infrastruktur layihələri həyata keçirilir. Vətəndaşlarımızın həmin ərazilərə köçürülməsi ilə bağlı zəruri şərait yaradılır. Vətəndaşlarımız köçdükdən sonra ərazilərdə yeni “ASAN xidmət” mərkəzləri də yaradılacaq”.

presstvaz   xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O xatırladıb ki, hazırda Şuşada “ASAN xidmət” fəaliyyətdədir və bütün Şuşa, Xankəndi və ətraf rayonlarda yaşayan sakinlərə xidmət edir:

“Gələcəkdə də artıq əhali tam məskunlaşdıqdan sonra digər bölgələrdə, rayonlarda da bu məsələyə baxılacaq”.

Xarici ölkələrin “ASAN xidmət”in təcrübəsini öyrənməsi barədə danışan sədr deyib ki, artıq 25 ölkə və beynəlxalq təşkilat onun rəhbərlik etdiyi qurumla saziş imzalayıb:

“ASAN xidmət”in ölkə təcrübəsini paylaşırıq və demək olar ki, dörd qitədə ölkələr “ASAN xidmət” təcrübəsini öyrənirlər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv