Bahar Muradova: “Xocalı soyqırımında əli olan hər bir şəxs ədalət məhkəməsi qarşısında dayanacaq”

Bahar Muradova: “Xocalı soyqırımında əli olan hər bir şəxs ədalət məhkəməsi qarşısında dayanacaq”






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bahar Muradova, #Hakim, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Xocalı soyqırımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biri var, vətən uğrunda səngərdə ölən əsgərlər, biri də var, öz evində, öz yurdunda, öz yaşadığı regionda vandal, vəhşi hücuma məruz qalan və heç bir günahı olmadan, yalnız azərbaycanlı kimliyinə görə öldürülən soydaşlarımız”.

presstvaz   xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarətində çıxışı zamanı deyib.

O bildirib ki, Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir:

“Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu cinayəti törədənlər cavab verəcəklər. Elə həyatın ermənilər üçün ironiyası da ondan ibarətdir ki, Xocalı faciəsinin ildönümü ərəfəsində bu soyqırımına təhrik edən və reallaşdıran erməni faşizminin nümayəndələrinin bir qisminin Azərbaycanda məhkəmə prosesi keçirilir. Bu cinayətdə əli olan, onlara havadarlıq edən hər bir şəxs ədalət mühakiməsi qarşısında dayanacaq.

Azərbaycanın iradəsi, qətiyyəti, siyasi mövqeyi və bu məsələyə sırf beynəlxalq hüquq prizmasından yanaşması bizim kimi ədalətsizliyə məruz qalmış, dünyanın ən müxtəlif regionlarında yalnız milli, etnik ayrı-seçkiliyə görə zülm görən, həyatını itirən hər bir kəs üçün nümunə götürəcəyi ədalət mühakiməsi olacaq.

Biz bu günü tamamilə fərqli hisslərlə qeyd edirik, çünki Qarabağ Zəfəri ilə Xocalı qurbanlarının da qisası alınıb. Xocalıların qətl edildiyi yerlərə – Xocalıdakı evlərinə, yurdlarına onların qohumları, oğulları, övladları, ailələri qayıdırlar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv