Honduras prezidentinin helikopteri cəngəllikdə təcili eniş etdi

Honduras prezidentinin helikopteri cəngəllikdə təcili eniş etdi






presstv

"Presstv"az #Hadisə, #Jurnalistlər, #Qatı duman

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Honduras Prezidenti Siomara Kastronun olduğu helikopter ölkənin mərkəzi hissəsindəki cəngəllikdə təcili eniş edib.

presstvaz-ın “El Heraldo” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə dövlət başçısının San-Pedro-Sula şəhərində işgüzar səfərdən paytaxt Tequsiqalpaya qayıdarkən baş verib.

Prezidentin və onunla birlikdə helikopterdə olan digər sərnişinlərin bu insidentdən zərər görmədiyi vurğulanıb.

Bununla bağlı paylaşılan görüntülərdə cəngəllikdəki açıq sahəyə enən helikopter və prezidentin hadisə yerinə gələn yerli jurnalistlərlə söhbəti əks olunub.

Kastro jurnalistlərə açıqlamasında bildirib ki, qatı duman səbəbindən görüntü pisləşib. Ekipaj əvvəlcə San-Pedro-Sulaya geri dönməyi planlaşdırsa da, sonunda helikopteri cəngəllikdə endirmək qərarına gəlib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv