Riçard Almeydanın “Qarabağ”dan ayrılmasının SƏBƏBİ

Riçard Almeydanın “Qarabağ”dan ayrılmasının SƏBƏBİ






presstv

"Presstv"az #"Qarabağ", #Azərbaycan, #Braziliya, #Futbol, #Futbol üzrə Azərbaycan millisi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın braziliyaəsilli sabiq futbolçusu Riçard Almeydanın klubdan ayrılmasının səbəbkarı məlum olub. Bu, onun xanımıdır.

presstvaz   Sportinfo.az-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi həyat yoldaşının təkidi ilə “Qarabağ”la müqaviləsinə 4 ay tez xitam vermək məcburiyyətində qalıb.

Futbolçunun xanımı, həm Braziliyada qurduqları biznesi idarə etmələri, həm də orada yaşayan yaxınları üçün darıxdığını deyərək, Almeydanın məşqçi kimi burada qalıb akademiyada fəaliyyət göstərməsinin qarşısını alıb.

Yığmamızın sabiq üzvü hələ uzun illər “Qarabağ”a xidmət etmək niyyətində olub və bunu klubun rəsmilərinə də bildirib.

Almeyda artıq ölkəsinə qayıdıb və “Primavera”nın şərəfini qoruyur. Komanda hazırda A2 Liqasında mübarizə aparır.

2012-2018-ci, 2019-cu və 2021-2025-ci illərdə Ağdam təmsilçisində çıxış edən “sambaçı” 376 oyunda 64 qol vurub. Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib.

O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv