Qışda istirahət üçün uyğun olan ŞƏHƏR

Qışda istirahət üçün uyğun olan ŞƏHƏR






presstv

"Presstv"az #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu şəhərcik sanki dumanın içində gizlənib. Metsovo adlı Yunanıstan şəhəri xüsusilə qış aylarında turistlər üçün ideal məkana çevrilir. Şəhər Pindos dağlarının yaxınlığında yerləşir və bu dağların təmiz bulaq sularını içmək mümkündür.

presstvaz lent.az-a istinadən qışda istirahət üçün uyğun olan şəhəri sizlərə təqdim edir:

“Qismən dumanla örtülmüş və ya qışda qarla bürünmüş Metsovo sanki bir rəsm əsəri kimi görünür. Xüsusilə qış aylarında məşhur olan bu Yunanıstan kəndi Tositsas, Stournaras, Averoff kimi milli xeyriyyəçilərin vətəni olmaqla yanaşı, Epirus bölgəsində sevilən istirahət məkanlarından biridir”.

Metsovo qışda daha da canlansa da, İon dənizi sahilinə yaxın yerləşməsi və zəngin mədəni irsi sayəsində il boyu istirahət üçün ideal məkandır. Bundan əlavə, şəhərdən cəmi 20 dəqiqəlik məsafədə yerləşən Aoos gölü gəzinti üçün mükəmməl bir yerdir. Bu bölgənin qürur mənbələrindən biri də Yunan mətbəxidir. Küçələrdə gəzərkən bu ləzzətlərin ətrini hiss etmək mümkündür. Xüsusilə yerli məhsul olan tütsülənmiş Metsovone pendiri və məşhur Cabernet Sauvignon şərabını mütləq dadmağı tövsiyə edirlər. Metsovoya ən yaxın hava limanı bir saatlıq məsafədə yerləşən İoannina şəhərindədir. Əgər daha mənzərəli bir marşrut seçmək istəyirsinizsə, Salonikidən uçaraq oradan materik Yunanıstanı boyunca 5 saatlıq qatarla da səyahət edə bilərsiniz.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv