“Lipa” nömrələri alan və istifadə edənləri hansı cərimələr gözləyir? – AÇIQLAMA – VIDEO

“Lipa” nömrələri alan və istifadə edənləri hansı cərimələr gözləyir? – AÇIQLAMA – VIDEO






presstv

"Presstv"az #Avto, #Avtoxuliqanlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sürücülər arasında “lipa” adlandırılan bu nömrələr daha çox fərdi adlar, soyadlar, ləqəblər və ya digər ölkələrə məxsus qeydiyyat nişanları formasında hazırlanır.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, bu nömrələri satan şəxslərlə əlaqə yaradılıb. Bildirildi ki, satış yalnız onlayn şəkildə mümkündür. Qiymətləri isə 15 manatdan 35 manata qədər dəyişir. Çatdırılma müddəti 2 gün ərzində həyata keçirilir. Nömrələrin materialı isə plastik və ya metal ola bilər.

Bu nömrələrin istifadə dairəsi əsasən avtoxuliqanlıq edən və ya qanun pozuntusuna yol verən sürücülər arasında geniş yayılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, belə nömrələrdən istifadə edən şəxslər qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilir.

Belə nömrələrin istifadəsi təhlükəsizliyə ciddi təhdid yaradır və yol hərəkəti qaydalarının pozulması deməkdir.

Qanunsuz nömrələrdən istifadə edən şəxslər hüquqi məsuliyyətdən yayınmaq üçün bu üsula əl atsalar da, Dövlət Yol Polisi belə halların qarşısını almaq üçün müvafiq tədbirləri gücləndirir.

Daha ətraflı videomaterialı təqdim edirik.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv