XİN: “Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib”

XİN: “Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib”






presstv

"Presstv"az #Azərbaycan, #DNT, #Ermənistan, #Hadisə, #Mina partlayışı, #Müharibə, #Xarici İşlər Nazirliyi (XİN), #Xocalı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın Azərbaycan ərazilərinə yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.

presstvaz   xəbər verir ki, bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X”dəki hesabında Xocalı rayonunun Ulubaba kəndi ərazisində mina partlayışı ilə bağlı paylaşımında yer alıb.

Qeyd edilir ki, Xocalı rayonunda minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsi başa çatdıqdan bu günə kimi qurbanların sayı 383 nəfərə çatıb.

Hadisə yeri Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas xəttindən çox-çox uzaqlara mina yerləşdirməsinə bir daha sübutdur.

“Böyük neqativ humanitar təsiri və davamlı minalarla çirklənmənin sülh və barışıq səylərinə problem yaratdığını nəzərə alaraq, Azərbaycan minalardan təmizləmə səylərində beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid edir”, – deyə məlumatda qeyd edilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv