Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var

Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var






presstv

"Presstv"az #Ailə, #Bakı, #Həkim, #Sabirabad, #Sabirabad rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

presstvaz  bildirir ki, bu barədə Oxu.Az-a onun anası Məleykə Fərzəliyeva məlumat verib.

O bildirib ki, övladının sol böyrəyində törəmə aşkarlanıb:

“Abbasın üç yaşı var, bir neçə ay əvvəl onun böyrəyində törəmə aşkarlandı və əməliyyat olundu. Əməliyyat uğurla keçsə də, Abbas bir müddət həkim nəzarətində olmalı və müalicələri vaxtında edilməlidir”.

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu bildirib:

“Abbas mənim ilk övladımdır. Biz Sabirabad rayonunda yaşayırıq. Yoldaşım iş olduqca fəhləlik edir, mən isə evdar qadınam. Abbasın səhhətinin stabil qalması üçün müalicələri vaxtında etməliyik. Onun həkimi Bakıda olduğu üçün bəzən getməyə belə pul tapmırıq. Müalicələr üçün yardımsevər şəxslərin dəstəyinə ehtiyacımız var. Onlardan övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə əlaqə: (050) 319-27-21.

“Kapital Bank”: 4169 7388 1120 6808.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv