“Li Auto” rəsmi olaraq Azərbaycanda

“Li Auto” rəsmi olaraq Azərbaycanda






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Babək prospekti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan “Efendiler Group” “Li Auto” brendinin Azərbaycandakı rəsmi nümayəndəsi oldu.

Qeyd edək ki, “Li Auto Azərbaycan”ın müvəqqəti satış salonu Aşıq Molla Cümə küçəsi, 44B ünvanında yerləşəcək. Eyni zamanda, hazırda Babək prospekti, 35A ünvanında brendin bütün standartlarına cavab verən 900 m2-lik nəhəng satış mərkəzi və 300 kvadratmetrlik ofisin tikintisi davam edir və yaxın zamanda istifadəyə verilməsi gözlənilir. Texniki servisə gəldikdə isə, bu gündən etibarən alış tarixi 2024-cü ilin 31 dekabrınadək olan bütün “Li Auto” avtomobillərinə Babək prospekti, 35K ünvanında yerləşən rəsmi servisimizdə texniki xidmət göstəriləcək və bütün orijinal ehtiyat hissələri ilə təmin ediləcək.

“Efendilər Group”un icraçı direktoru Amal Əlili qeyd edir ki, satış mərkəzində “Li Auto” brendinin “L6”, “L7” və “L9” modelləri təqdim olunacaq. Yaxın gələcəkdə şirkət öz müştərilərinə daha geniş model cərgəsi ilə xidmət göstərməyi planlaşdırır. Artıq bu gündən etibarən adları qeyd edilmiş modellərin sifarişi qəbul olunur və ilk avtomobillərin gəlişi növbəti iki həftədə gözlənilir.

Ətraflı məlumat əldə etmək və əvvəlcədən “Li” avtomobilinizi sifariş etmək üçün *2299 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv