“Formula-1″in 75 illiyi ilə bağlı möhtəşəm tədbirin VAXTI AÇIQLANDI

“Formula-1″in 75 illiyi ilə bağlı möhtəşəm tədbirin VAXTI AÇIQLANDI






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Bakı, #Ferrari, #Formula-1, #London, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il avtomobil idmanı və “Formula-1” pərəstişkarları üçün unudulmaz bir il olacaq. 75 illik yubiley münasibətilə keçiriləcək xüsusi “F1 75 Live” tədbiri, 18 fevral 2025-ci il tarixində Londondakı “The O2” Arenasında baş tutacaq.

presstvaz xəbər verir ki, 15 000 azarkeş arenada bu möhtəşəm şounu yaxından izləyəcək.

Bu möhtəşəm gecədə “Formula-1″in 10 komandası, sürücüləri və komanda rəhbərləri iştirak edəcəklər, yeni mövsüm üçün avtomobillərin dizaynları təqdim olunacaq. Tədbirdə yalnız yeni avtomobillər deyil, həm də Lyuis Hemiltonun “Ferrari”yə keçidindən sonra ilk dəfə rəsmi təqdimatı, gənc pilotların debütləri və “Red Bull”un yeni heyəti təqdim ediləcək.

Tədbir musiqi dünyasından da böyük sürprizlərlə zəngindir – Keyn Braun, “Take That” və MGK kimi sənətçilər səhnəyə çıxacaqlar.

Həmçinin “Formula-1” azarkeşləri üçün bu tədbir F1-in sosial media kanallarında, o cümlədən “YouTube”da yayımlanacaq. 19 fevral, Bakı vaxtı ilə saat 00:00-da canlı yayımla izləyicilər, bu möhtəşəm anları izləyə biləcəklər. Tədbir, Formula 1 azarkeşləri üçün şübhəsiz ki, yaddaqalan bir gecə olacaq.

Xatırladaq ki, Bakı Qran-Prisi bu il 19-21 sentyabr tarixlərində keçiriləcək. Sürət həvəskarları yarış həftəsinə artıq səbirsizlənir. Təsadüfi deyil ki, Sahil, Filarmoniya və Zəfər tribunalarına biletlər qısa zaman ərzində tamamilə tükənib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv