Zelenski Ərdoğana təşəkkür etdi

Zelenski Ərdoğana təşəkkür etdi






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Haber Global, #Mətbuat konfransı, #Müharibə, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hazırda Ankarada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında açıqlamalar verib.

presstvaz xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Ukrayna dövlət başçısı türkiyəli həmkarına təşəkkür edib.

“Türkiyədə adət etdiyimiz qonaqpərvərlikdən məmnunam. Münasibətlərimiz həmişə yüksək səviyyədədir. Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələlərində həmişə çox önəmli olub. Biz bütün qlobal prosesləri ətraflı müzakirə etdik. Müharibəni etibarlı və davamlı sülhlə başa vurmaq üçün heç bir səhvə yol verməməliyik. Danışıqlar ədalətli olarsa, Ukrayna, ABŞ və Avropa masa arxasında olarsa, bütün ölkələrin iştirakı ilə təminatlar hazırlanacaq. Bu ölkələr arasında Türkiyə də var. Bu anlayışa görə Ərdoğana minnətdaram”, – deyə Zelenski bildirib.

Prezident Ərdoğan da çıxışında müharibənin artıq sona çatmalı olduğunu vurğulayıb.

“Zelenskinin səfəri müharibənin fundamental dinamikasının əhəmiyyətli dəyişikliyə məruz qaldığı bir vaxta təsadüf edir. Müharibədə qalib, sülhdə uduzan olmayacağı anlayışı ilə tərəflər arasında sülhün bərqərar olması üçün çox səy göstərdik. Müharibənin tez və danışıqlar yolu ilə başa çatdırılması üçün Trampın irəli sürdüyü diplomatik təşəbbüs var. Bu yanaşma Türkiyənin siyasəti ilə üst-üstə düşür. Bu müharibə artıq bitməlidir”, – Ərdoğan bəyan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv