Makronun adamlarının qalmaqallı korrupsiyasına dair ŞOK SƏNƏDLƏR YAYILDI

Makronun adamlarının qalmaqallı korrupsiyasına dair ŞOK SƏNƏDLƏR YAYILDI






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Araşdırma, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Cinayət işi, #Dollar, #Emmanuel Makron, #Fransa, #milyarderlər, #Rusiya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövri beynəlxalq araşdırmaçı məqalələri ilə tanınan “Observer Online”ın növbəti  “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı yazısında sanksiya altında olan milyarderlərin əmlaklarının həbsdən çıxarılması müqabilində Fransa Prezidentinin Mühafizə Xidmətinin rəisi Aleksandr Benalla və Fransanın məşhur “Saur” şirkətinin vitse-prezidenti Anass Derrazın (Azərbaycanda istintaq altındadır) hesablarına külli miqdarda rüşvət vəsaitlərinin köçürüldüyünü təsdiq edən sənədlərdən nümunələr yayımlanıb.

presstvaz  “Observer Online”ın sensasion yazısının Azərbaycan dilinə tərcüməsini və yayımlanmış sənədləri olduğu kimi təqdim edir:

“Məlum olduğu kimi, bir müddət əvvəl Böyük Britaniya mətbuatında 2018-ci ildə azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovdan “Luna” adlı yaxtasının beynəlxalq həbsdən azad edilməsi müqabilində Fransa Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandr Benallanın və sonuncu ilə əlbir olan şəriki mərakeşəsilli Fransa vətəndaşı Anass Derrazın 6 140 000 ABŞ dolları rüşvət istədiklərinə görə Azərbaycanın xüsusi xidmət orqanlarında cinayət işi aparıldığına dair qalmaqallı məqalə dərc edilmişdi.

Məqaləyə əsasən, F.Əhmədov həmin pulun bir hissəsini A.Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”ın Fransa filialında açılmış 2701000091503№li bank hesabına və A.Derrazın “AL HİLAL BANK”da açılmış 024071984024 №li hesabına köçürüb.

Fransanın özündə məsələ ciddi səylə ört-basdır edilsə də, faktla bağlı Azərbaycan dövlətinin təhlükəsizlik orqanında aparılan cinayət işi üzrə cinayətin iştirakçısı, “xüsusi xidmətləri”nə görə sonradan Fransanın ən nəhəng su və kanalizasiya sistemləri çəkilişlərini həyata keçirən beynəlxalq şirkəti – “Saur”un vitse-prezidenti vəzifəsinə yüksəlmiş A.Derraz Azərbaycanda istintaqa cəlb olunaraq ev dustaqlığı vəziyyətindədir, A.Benalla isə beynəlxalq axtarışa verilib.

Fransanın Azərbaycandakı səfirliyi müraciətlərinin ardı-arası kəsilməyən A.Derrazı müdafiə etməkdə acizlik nümayiş etdirir. Məsələnin mahiyyətinə görə çətin vəziyyət qarşısında qalan Fransanın aidiyyəti qurumları daha çox beynəlxalq sanksiya altında olan şəxslərdən rüşvət alınması mövzusunun ictimailəşməsinin doğuracağı nəticələrdən ehtiyatlanır.

Rüşvətin, həqiqətən, baş tutduğunu təsbit edən redaksiyamız onun leqallaşdırılması üçün hüquqşünas olmayan A.Benalla və A.Derraz ilə F.Əhmədov arasında hüquqi xidmət müqaviləsi adı altında imzalanmış üçtərəfli müqavilə, habelə F.Əhmədovdan A.Benallanın və A.Derrazın hesablarına pul vəsaitlərinin köçürülməsinə dair bəzi bank çıxarışlarını əldə edib və geniş oxucu kütləsinə təqdim edir.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv