Süni intellekt də qocalır?

Süni intellekt də qocalır?






presstv

"Presstv"az #Araşdırma, #Böyük Britaniy, #Böyük Britaniya, #ChatGPT, #Demensiya, #İsrail, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu süni intellekt (Sİ) əsaslı böyük dil modellərinin yaşlandıqca idrak qabiliyyətlərinin azalmasını sübut ediblər.

Oxu.Az xəbər verir ki, araşdırma BMJ elmi jurnalında dərc olunub.

Komanda “ChatGPT”, “Gemini” və digər məşhur çat-botları Monreal İdrak Qiymətləndirmə Testi (MoCA) ilə sınaqdan keçiriblər.

Bu test adətən insanlarda Alzheymer xəstəliyi və ya demensiya kimi idrak pozğunluqlarını müəyyən etmək üçün istifadə olunur. Test diqqət, yaddaş, dil bacarıqları, vizual qavrayış və icra funksiyaları ilə bağlı tapşırıqları özündə cəmləşdirir.

Nəticələr göstərib ki, neyron şəbəkələr bəzi tapşırıqların yaxşı öhdəsindən gəlirlər, lakin keçmişi xatırlama ilə bağlı çətinlik çəkirlər.

Məsələn, “ChatGPT”nin son versiyası (versiya 4) 30 baldan 26 bal toplayaraq insan üçün normal göstərici əldə edib. Daha köhnə versiya olan “Gemini” 1.0 isə cəmi 16 bal toplayaraq mümkün “idrak zəifləməsi”ni büruzə verib.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, onların nəticələri müşahidə xarakteri daşıyır və Sİ ilə insan ağlı arasında birbaşa müqayisə kimi qəbul edilə bilməz. Lakin onlar xəbərdarlıq edirlər ki, aşkar edilən zəifliklər Sİ-nin klinik tibdə, xüsusilə vizual abstraksiya və icra funksiyaları tələb edən tapşırıqlarda tətbiqini ləngidə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv