Xəzər al-qırmızıya boyanıb

Xəzər al-qırmızıya boyanıb






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Hadisə, #Qazax, #Qazaxıstan, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri Xəzər dənizinin qırmızı rəngə boyanması ilə əlaqədar suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlayıblar.

presstvaz axar.az-a istinadən bildirir ki, analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməyib.

Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin sözlərinə görə, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır.

“Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”, – Kaysar Nadirbek bildirib.

Qeyd edək ki, Xəzər dənizinin al-qırmızı rəngə boyanması Qazaxıstanın Aktau şəhərinin sakinlərinin diqqətini çəkib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv