AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və “Baza” “Telegram” kanalının təxribatı

AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və “Baza” “Telegram” kanalının təxribatı






presstv

"Presstv"az #Caliber, #Qroznı, #Rusiya, #təyyarə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya silahlı qüvvələrinə yaxın olan “Baza” “Telegram” kanalı 25 dekabr 2024-cü ildə AZAL-ə məxsus “Embraer” təyyarəsinin qəzası zamanı pilotlar kabinəsində baş verən danışıqların tam transkriptini dərc edib.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, bu transkriptin mətni qədər, qəzanın Rusiya mətbuatında işıqlandırılması kontekstində kanalın özünün şərhi də maraq doğurur. Bu şərh o qədər iküzlüdür ki, onun əsaslandırdığı tezisləri təkzib etmək üçün transkripti oxumağa belə ehtiyac yoxdur – saxtakarlıq o qədər aşkardır.

Şərhin ilk cümləsində bildirilir ki, pilotlar kabinəsində Qroznıya enməzdən əvvəl panika olub. Halbuki mətni oxuduqdan sonra belə nəticəyə gəlirik ki, Qroznıya enməyə cəhd edərkən təyyarənin kabinəsində panikaya yaxın heç nə müşahidə edilmir. Bəli, təəccüb, emosiyalar və həyəcan var, bu da təyyarənin həyati sistemlərini sıradan çıxması ilə bağlıdır və qaçılmazdır, amma panika yoxdur.

Belə bir məlumatın təqdimatı qəzanın məsuliyyətini ekipajın üzərinə yıxmaq cəhdi kimi görünür, eyni zamanda, xarici amillərdən diqqəti yayındırır. Bu, xüsusilə “Baza” kanalının Rusiya silahlı qüvvələrinə yaxınlığı nəzərə alınaraq, ictimai rəyi manipulyasiya etmək cəhdi kimi qiymətləndirilə bilər.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv