Avropa İttifaqı Azərbaycan-Ermənistan şərti sərhədində niyə aktivləşib?

Avropa İttifaqı Azərbaycan-Ermənistan şərti sərhədində niyə aktivləşib?






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Ermənistan, #Fransa, #Milli Məclis, #Nikol Paşinyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ermənistanın Azərbaycanla şərti sərhədində Avropa İttifaqının qondarma müşahidə missiyasının aktivliyinin artması məqsədyönlü xarakter daşıyır və Ermənistanın son günlərdə atdığı addımlar da sübuta yetirir ki, indiki halda Ermənistan ayrı-ayrı ölkələrdən, o cümlədən Fransadan silah almaq üçün müəyyən bəhanələr yaratmaq niyyətindədir”.

presstvaz bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu aktivliyin təməlində dayanan aspektlər də bundan ibarətdir:

“Bəlli olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına uğursuz səfərindən sonra Fransaya getdi və bu ölkənin prezidenti ilə görüşdü. Çox güman ki, bu görüşün təməlində də Ermənistanın silahlandırılması prosesinin davam etdirilməsi olub. Çünki bir fors-major hal yaranıb Ermənistan üçün. Məlum olduğu kimi, Brüsseldə keçirilən dördtərəfli görüşdə Ermənistanın maliyyələşdirilməsi, dolayısı ilə Ermənistanın silahlandırılması ilə bağlı razılaşma əldə olunmuşdu. Görüşdə yer alan Birləşmiş Ştatlar və həmçinin artıq fəaliyyəti faktiki olaraq dayandırılan USAID hazırkı prosesdə yer almayıblar və indi ortalıqda yalnız Avropa İttifaqı, o cümlədən Fransa qalıb. Bu aspektdən də ola bilsin ki, planın davam etdirilməsi üçün, xüsusilə də Avropa İttifaqı ölkələrinin də bu prosesə daha geniş şəkildə cəlb edilməsi üçün Ermənistana indi bəhanə lazımdır”.

“Mahiyyət etibarilə əsas donorların – USAID və Amerika Birləşmiş Ştatlarının prosesdən çıxması sübuta yetirir ki, daha öncədən Ermənistan və xüsusilə də Fransa tərəfindən planlaşdırılan layihələrin icrası üçün maliyyə problemləri var və çox güman ki, indiki şəraitdə də Avropa İttifaqı müşahidəçilərinin aktivliyinin artırılması prosesin yeni bir rəng alması üçün bəhanə yaratmaq niyyəti güdür”, – deyə deputat əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv