Trampın administrasiyası nüvə təhlükəsizliyinə cavabdeh olan əməkdaşları işdən çıxardı

Trampın administrasiyası nüvə təhlükəsizliyinə cavabdeh olan əməkdaşları işdən çıxardı






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın administrasiyasının məmurları Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) əməkdaşlarını işdən çıxarıblar. Bu agentlik ölkənin nüvə ehtiyatının idarə olunmasına cavabdehlik daşıyır.

presstvaz-ın xəbərinə görə, bu barədə CNN məlumat verib.

Məlumata görə, işdən çıxarılmalar Energetika Nazirliyində aparılan islahatlar çərçivəsində baş tutub. 300-dən çox işçi vəzifəsindən azad edilib. Bununla belə, ABŞ Energetika Nazirliyinin nümayəndəsi bu rəqəmi təkzib edib və 50-dən az adamın ixtisar edildiyini, onların da, əsasən, inzibati və kargüzarlıq vəzifələrində işləyənlər olduğunu bildirib.

İşçilər arasında nüvə silahı istehsal olunan obyektlərdə çalışanlar da olub. Onlar, əsasən, nüvə silahı istehsal edən podratçılara nəzarət edir, həmçinin silahların təftişini aparırlar. İşdən çıxarılanlar arasında podratçılar üçün tələblər və təlimatlar yazan qərargah işçiləri də var.

Mənbələrin CNN-ə bildirdiyinə görə, məmurlar, deyəsən, agentliyin ABŞ-nin nüvə silahlarına nəzarət etdiyindən xəbərsiz olublar.

“İnsanlar ona görə işdən çıxarılıblar ki, heç kim bizim nə ilə məşğul olduğumuzu və gördüyümüz işin ölkənin milli təhlükəsizliyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini başa düşməyə vaxt ayırmayıb”, – deyə mənbə qeyd edib.

Öz növbəsində ABŞ Konqresinin üzvləri ixtisarla bağlı narahatlıqlarını Energetika Nazirliyinin diqqətinə çatdırıblar. Senatorlar energetika naziri Kris Raytın qəbulunda olub və ölkə üzrə obyektlərdə 1 800 işçisi olan NNSA-da ixtisarlarla bağlı narahatlıqlarını ifadə ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv