Meksikalı fermerlərin dəhşəti: Mifik çupakabra qayıdıb və mal-qaranı məhv edir

Meksikalı fermerlərin dəhşəti: Mifik çupakabra qayıdıb və mal-qaranı məhv edir






presstv

"Presstv"az #Bələdiyyə, #Hadisə, #Meksika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meksikanın Koauila ştatının Sarayosa bələdiyyəsində yerli fermerlər ev heyvanlarının sirli ölümləri ilə üzləşiblər.

Bir həftə ərzində naməlum yırtıcı 20-dən çox heyvanı öldürüb, sahiblərini qorxu və çaşqınlıq içində qoyub. Bir çoxları əmindir ki, hücumların arxasında Şimali və Cənubi Amerika folklorunda “keçi vampiri” kimi tanınan əfsanəvi varlıq – məşhur çupakabra dayanır.

presstvaz-ın məlumatına görə, bu barədə “Need To Know” xəbər verib.

Yerli inanca görə, çupakabra heyvanlara hücum edir və onların qanını sorur.

Tədqiqatçılar bu varlığın uydurma olduğunu düşünsələr də, sakinlər onun görünməsi barədə mütəmadi məlumat verirlər. İlk hadisədə fermer tövlədə adi yırtıcıların yaratdığı yaralara bənzəməyən qəribə yaralarla 12 ölü qoyun aşkar edib. Bir neçə gün sonra başqa bir fermada oxşar hücum baş verib və nəticədə daha 12 keçi tələf olub.

Maraqlıdır ki, gözətçi itlər sanki təcavüzkarın varlığını hiss etməyiblər və heç hürməyiblər.

Müstəntiqlər hücumların arxasında koyotlar və ya vəhşi it sürülərinin ola biləcəyini güman etsələr də, fermerlər çupakabranın əli olduğuna əmindirlər. Yerli əhalini qorxu və panika bürüyüb, çünki əfsanələrə görə, bu qaniçən məxluq təkcə heyvanlar üçün deyil, insanlar üçün də ciddi təhlükə təşkil edir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv