Fidan ABŞ-ı tərk etdi

Fidan ABŞ-ı tərk etdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xarici işlər naziri Hakan Fidan vətənə qayıtmaq üçün Vaşinqtonu tərk edib. Fidanın axşam saatlarında Ankaraya çatacağı gözlənilir.

presstvaz   xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan Türkiyə- ABŞ Strateji Mexanizminin 7-ci iclası münasibətilə 2 günlük səfərə gəldiyi Vaşinqtonda təmaslarını tamamlayıb . Cümə günü yerli vaxtla axşam saat 21.30-da (şənbə günü 05.30) Vaşinqtondan ayrılan xarici işlər naziri Fidanın axşam saatlarında Ankaraya çatacağı gözlənilir.

Nazir Fidan səfərinin ilk günündə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan, Xarici Əlaqələr Komitəsinin sədri Bencamin Kardin və Senatda komitə üzvü olan senatorlar, Kəşfiyyat Komitəsinin sədri Mark Uorner ilə görüşüb.

Nazir Fidan cümə günü Strateji Mexanizm Görüşü keçirdikləri amerikalı həmkarı Antoni Blinkenlə görüşüb. Fidan Atlantic Council və SETA Washington Branch kimi beyin mərkəzlərində, həmçinin Washington Post qəzetinin redaksiyasında qonaq olub.

Xarici işlər naziri Fidan Ankaraya yola düşməzdən əvvəl ABŞ-a səfərini dəyərləndirmək üçün Vaşinqton səfirliyinin iqamətgahında türk mətbuat nümayəndələri ilə görüşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv