Xarici nömrə ilə ölkəyə sərnişin və yük daşıyanlara XƏBƏRDARLIQ

Xarici nömrə ilə ölkəyə sərnişin və yük daşıyanlara XƏBƏRDARLIQ






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

DİN-in Baş DYP İdarəsi xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ölkəmizdə sərnişin və yük daşımaları həyata keçirən şəxslərə xəbərdarlıq edib.

presstvaz   xəbər verir ki, xəbərdarlıqda deyilir:

“Ölkədaxili sərnişin və yük daşımaları sahəsində dövlət nəzarətinin təkmilləşdirilməsi, bu fəaliyyət növü ilə məşğul olan hüquqi və fiziki şəxslərin mənafeyinin qorunması, eləcə də göstərilən xidmətin daha rahat və təhlükəsiz həyata keçirilməsini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.

Ölkəmizdə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir ki, bu da leqal daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.

Problemin aradan qaldırılması məqsədilə müvafiq təkliflər əsasında 01.10.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə resbublika ərazisində ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi inzibati xəta hesab olunur.

Məcəlləyə əsasən sözügedən xətanı ilk dəfə törədən şəxslər 400 manat məbləğində, təkrar törədənlər isə 1000 manat məbləğində cərimə edilir.

Odur ki, bir daha belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş normalara ciddi riayət etsinlər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv