Serj Sarqsyanın kürəkəninə qarşı cinayət işi açılıb

Serj Sarqsyanın kürəkəninə qarşı cinayət işi açılıb






presstv

"Presstv"az #Cinayət işi, #Dollar, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb.

presstvaz  Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Prokurorluğun məlumatına görə, ittihamlar irimiqyaslı çirkli pulların yuyulması sxemləri və qondarma strukturların yaradılması ilə bağlıdır.

İş üzrə təqsirləndirilən şəxslər arasında “Yerevan Mall”un baş direktoru Vazrik Sekoyan və sahibkar Arşak Poqosyan da var.

İstintaq iddia edir ki, Minasyana məxsus şirkətlər vasitəsilə qondarma kredit müqavilələri bağlanıb və nəticədə bu strukturların hesablarına külli miqdarda – 6.67 milyon avro və 2 764 milyon dollar vəsait daxil olub.

Daha sonra bu vəsaitlər Minasyana məxsus başqa ofşor şirkətin hesablarına köçürülüb və orada digər qeyri-qanuni aktivlərlə qarışdırılıb.

İstintaq orqanları bu hərəkətləri xüsusilə irimiqyaslı çirkli pulların yuyulması kimi təsnif edir.

Cinayət işinin üç epizodu üzrə materiallar məhkəməyə göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv