Xidmət rəisi: “ƏDV geri al” layihəsi hesabına dövriyyələrin artımı sürətlənib”

Xidmət rəisi: “ƏDV geri al” layihəsi hesabına dövriyyələrin artımı sürətlənib”






presstv

"Presstv"az #ƏDV Geri Al, #Əmək bazarı, #İqtisadiyyat Nazirliyi, #Orxan Nəzərli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Əmək bazarında aparılan təşviq siyasəti sosial sığorta yığımlarına müsbət təsir edib. Dövlət Vergi Xidməti bu yığımların operatoru rolunda çıxış edir”.

presstvaz   xəbər verir ki, bu fikirləri “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.

Xidmət rəisi bildirib ki, bu yığımların toplanması üzrə səlahiyyətlər DVX həvalə edildikdən sonra və təşviq siyasətinin nəticəsi olaraq sosial daxilolmalar son 6 ildə 2.5 dəfə artıb və hazırda 5.7 milyard manatdan çoxdur:

“Bunun nəticəsində dövlətin sosial sığorta fondunun büdcənin transfertlərindən asılılığı 2018-ci ildəki 35.6 faizdən azalaraq 17.5 faiz təşkil edir. Önəmli göstəricilərdən biri də işəgötürənlərin sayının artım göstəricisidir.

Bu gün ölkədə 120 mindən yuxarı hüquqi şəxs fəaliyyət göstərir ki, bu da vergi ödəyicilərinin sabit inkişafda olan hissəsini ifadə edir.

Son bir neçə ildə ölkədə 100 mindən artıq elektron kassa aparatı quraşdırılıb ki, bu kassalar üzrə 2024-cü ildə dövriyyə 24.5 milyard manatdan çox olub. Yeni nəsil kassa aparatları, ictimai nəzarəti təmin edən “ƏDV geri al” layihəsi hesabına dövriyyələrin artımı sürətlənib. Bu, xüsusilə ticarət sektorunda müşahidə olunur”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv