Azərbaycanlı jurnalist Qazaxıstanda nüfuzlu mükafata layiq görüldü

Azərbaycanlı jurnalist Qazaxıstanda nüfuzlu mükafata layiq görüldü






presstv

"Presstv"az #Almatı, #Azərbaycan, #Dostluq ordeni, #İlham Əliyev, #Qazax, #Qazaxıstan, #Şərəf ordeni, #Şöhrət ordeni, #SSRİ, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azxeber Media”nın direktoru Əfsələddin Ağalarov Oljas Süleymanov adına “Xalqlar Dostluğu” mükafatına layiq görülüb.

presstvaz   xəbər verir ki, jurnalist mərkəzi Almatı şəhərində yerləşən UNESCO-nun Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktoru, Qazaxıstanın ictimai-siyasi xadimi, SSRİ-nin xalq yazıçısı, Azərbaycanın yaxın dostu Oljas Süleymanov tərəfindən “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib.

Oljas Süleymanov jurnalisti bu mükafata Qazaxıstan və Azərbaycanın media və ictimai münasibətlərindəki fəaliyyətinə görə layiq görüb.

Ordeni ictimai-siyasi xadimin köməkçisi, mərkəzin direktor müavini Saltanat Aşimova təqdim edib.

Qeyd edək ki, Oljas Süleymanov 1991-ci ildə Qazaxıstanda milli müstəqillik elan olunduqdan sonra ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib və bu işinə davam edir. Hazırda UNESCO-da Qazaxıstanın səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.

O.Süleymanov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2006-cı ildə “Şöhrət”, 2011-ci ildə “Dostluq”, 2020-ci ildə isə “Şərəf” ordenləri ilə təltif edilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv