“Google”da bu ərazinin adı dəyişdi

“Google”da bu ərazinin adı dəyişdi






presstv

"Presstv"az #ABŞ, #Google, #Meksika, #Sərəncam, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Google ABŞ istifadəçiləri üçün “Map” tətbiqində “Meksika Körfəzini” “Amerika Körfəzi” adlandıraraq dəyişiklik edib.

presstvaz nytimes-a istinadən xəbər verir ki, bu barədə “Google” korporasiyası şirkətin bloqunda məlumat bölüşüb.

Google ABŞ-da olan istifadəçilərə yalnız “Amerika Körfəzi” adını göstərəcək, lakin Meksikadakı istifadəçilər hələ də “Meksika Körfəzi” adını görməyə davam edəcəklər. Dünyanın digər hissələrindəki istifadəçilər isə hər iki adı görəcəklər.

“Google Maps”in bu qərarı ABŞ hökumətinin coğrafi siyasəti ilə sıx bağlıdır. ABŞ-nin bu cür qərarları beynəlxalq səviyyədə birmənalı qarşılanmasa da, “Google”un belə ad dəyişikliklərini öz platformasında tətbiq etməsi, texnologiya şirkətinin dövlətlərlə əməkdaşlıq strategiyasını bir daha ortaya qoyur.

Xatırladaq ki,  Prezident Donald Trump vəzifəyə başladığı ilk gündə ABŞ hökumətinin rəsmi xəritələrində “Meksika Körfəzini” “Amerika Körfəzi” olaraq dəyişdirməyi əmr etmişdi. Bu sərəncamdan sonra “Google” və digər xəritə proqramları bu dəyişiklikləri tətbiq etməyə başladı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv