Baş Prokurorluq məlumat yaydı: Qanunsuz zəbt edilmiş ərazilərlə bağlı cinayət işi başlandı

Baş Prokurorluq məlumat yaydı: Qanunsuz zəbt edilmiş ərazilərlə bağlı cinayət işi başlandı






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #Binəqədi rayonu, #Qaradağ rayonu, #Torpaq sahəsi, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb.

presstvaz   xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Qaradağ, Binəqədi və Xəzər rayonları, həmçinin Tərtər rayonu ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I” əhəngdaşı yatağında “İ.K.S.S” MMC, Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında “Azəri” MMC, habelə Binəqədi rayonu ərazisində Goradil bağlar massivində naməlum şəxs (şəxslər) tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilərək, qanunsuz mişar daşı, qum-çınqıl, qarışıq qum və süxur hasilatı işlərinin aparılması nəticəsində təbiətə 354 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv