Unikal avtomobil üçün iki milyon dollar təklif olunur

Unikal avtomobil üçün iki milyon dollar təklif olunur






presstv

"Presstv"az #Avto, #Avto - moto, #Dollar, #Hərrac

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bring a Trailer” hərracında “Pagani Huayra” superkarı üçün təkliflər açıqlanıb.

presstvaz   auto.ru-ya istinadən xəbər verir ki, hərracın başa çatmasına bir neçə gün qalmış təklif 2 milyon dollara çatıb.

Yüksək qiymət təkcə brendlə deyil, həm də “Oceano Pacifico” (“Sakit okean”) xüsusi versiyasında buraxılmış superkarın unikallığı ilə izah olunur. Bundan əlavə, bu “Huayra” 2014-cü ildən bəri cəmi 3 200 kilometrdən bir qədər çox məsafə qət edib.

Superkarın karbon gövdəsi okean mövzusuna uyğun olaraq bir neçə mavi rəng çalarları və ağ əlavələrlə rənglənib. Eyni şəkildə təkər diskləri də dizayn edilib, baxmayaraq ki, komplektə qızılı rəngli alternativ təkərlər də daxildir.

Texniki cəhətdən “Huayra Oceano Pacifico” digər superkarlardan fərqlənmir, onlardan cəmi yüzə yaxın istehsal edilib. Avtomobil AMG-nin 6 litrlik V12 mühərriki ilə təchiz olunub və 730 at gücünə malikdir. Məlumdur ki, bir müddət əvvəl ilk sahibi superkarı yenidən zavoda göndərib və orada “Huayra” əlavə olaraq “Tempesta” paketi ilə təchiz edilib. Bu paketə əlavə aerodinamik detallar, titan səsboğucu boru və xüsusi tənzimləmələrə malik “Ohlins” amortizatorları daxildir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv