Güclü külək Xırdalanda faciə ilə nəticələnib: 68 yaşlı piyada avtobusun altında qalıb

Güclü külək Xırdalanda faciə ilə nəticələnib: 68 yaşlı piyada avtobusun altında qalıb






presstv

"Presstv"az #Araşdırma, #Avto, #avtobus, #Güclü külək, #Hadisə, #Xırdalan şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 7-də güclü külək Xırdalan sakininin həyatına son qoyub. Belə ki, 517 nömrəli marşrut xətti üzrə hərəkət edən “Isuzu” markalı avtobus piyadanı vurub.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.

“Hadisə 19:00-da baş verib. Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü A.Məmmədov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən 1957-ci il təvəllüdlü C.Əsgərovu vurub. C.Əsgərov hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsində araşdırmalar aparılır”, – deyə məlumatda əlavə edilib.

Əldə etdiyimiz məlumata görə, güclü külək səki ilə hərəkət edən 68 yaşlı piyada Cavanşir İlyas oğlu Əsgərovun yıxılmasına səbəb olub.

Nəticədə səkidən yolun hərəkət hissəsinə yıxılan şəxsin başı avtobusun təkəri altına düşüb. C.Əsgərov aldığı xəsarətlərdən həyatını itirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv