Hava soyuyanda niyə oynaqlarımız ağrıyır?

Hava soyuyanda niyə oynaqlarımız ağrıyır?






presstv

"Presstv"az #Araşdırma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir çox insanlarda havanın kəskin dəyişilməsi (yağış, soyuq, külək) zamanı əhval-ruhiyyənin pozulması, müxtəlif ağrılar və s. olur. Buna meteohəssaslıq deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan qadınların yarısı və kişilərin 1/3 hissəsi meteohəssasdır.

Revmatizm, artroz, artrit, osteoxondroz kimi xəstəliklərdən əziyyət çəkənlər, keçmişdə sümük və ya oynaq travmaları alan insanlar havanın dəyişilməsinə xüsusilə həssas olur. Bunun səbəblərini izah edək.

presstvaz milli.az-a istinadən xəbər verir ki, bu xəstəliklər zamanı oynaq və sümüklərdən əlavə burada yerləşən sinir ucları zədələnir. Atmosfer təzyiqi dəyişildikdə oynaqların boşluqlarında olan təzyiq də dəyişilir. Bunun nəticəsində xəstə sinir ucları gıcıqlanır, ödemləşir və bu da oynaq və sümüklərdə ağılara və digər xoşagəlməz hisslərə səbəb olur. Atmosfer təzyiqi normaya düşdükdə ağrılar da azalır və ya yox olur.

Araşdırmalara görə, bu ağrıların başlıca səbəblərindən biri barometrik təzyiqdir. Barometrik təzyiq, hündürlük və hava şəraitinə görə dəyişir:Aşağı təzyiq, adətən yağışlı və buludlu havaya, yüksək təzyiq isə aydın və sakit günlərə işarə edir.

Oynaqlar hərəkəti asanlaşdıran xüsusi maye ilə örtülmüş mürəkkəb quruluşlardır. Lakin osteoartrit kimi xəstəliklər mövcud olduqda, ətraf mühitdəki ən kiçik dəyişikliklər belə ağrıları artıra bilər. Bir çox alim, atmosfer təzyiqinin azalmasının oynaqlardakı iltihablı toxumaların genişlənməsinə və bununla da ağrıların güclənməsinə səbəb olduğunu düşünür. Bu nəzəriyyə dəstəklənir, amma nəticələr tamamilə dəqiq deyil. Yeni bir araşdırma göstərir ki, təzyiqin azalması ilə oynaq ağrıları arasında ortalama bir əlaqə mövcuddur, amma fərdi reaksiyalar arasında əhəmiyyətli fərqliliklər müşahidə olunub. Bundan başqa, barometrik təzyiq tək başına təsir etmir, temperatur və rütubət də oynaq ağrılarına təsir edir. Lakin hansı amilin – temperaturun, rütubətin və ya təzyiqin ağrılara daha çox təsir etdiyini müəyyən etmək olduqca çətindir. Alimlər hava ilə oynaq ağrıları arasındakı əlaqənin hələ də tam şəkildə sübut olunmasa da, toplanan məlumatların qədim inancların müəyyən qədər həqiqətə dayandığını göstərdiyini vurğulayır.

Əgər havanın dəyişilməsi zamanı siz oynaq və sümüklərdə ağrılar hiss edirsinizsə, mütləq revmatoloqa müraciət edin. Hətta bu ağrılar sizi yalnız havanın dəyişilməsi zamanı narahat edirsə, digər vaxtlarda isə siz özünüzü tam sağlam hiss edirsinizsə, müayinədən keçin. Artrit və artroz kimi ağır oynaq xəstəliklərinin ilk mərhələlərində xəstədə havaya olan reaksiya ilk və yeqanə simptom olur. Xəstəlik inkişaf etdikcə ağrılar hətta yaxşı havada meydana çıxmağa başlayır, getdikcə artır, güclənir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv