Rusiyada sərnişin təyyarəsi buğda tarlasında hissələrə doğrandı

Rusiyada sərnişin təyyarəsi buğda tarlasında hissələrə doğrandı






presstv

"Presstv"az #Hava Yolları, #məcburi eniş, #Rusiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada “Ural Hava Yolları”na məxsus “Airbus A320” təyyarəsi Novosibirsk (Rusiya) yaxınlığındakı buğda tarlasında hissələrə doğranıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Shot” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, sökülmə işləri 2023-cü ilin sentyabrında məcburi eniş etdikdən il yarım sonra – bu gün başa çatıb. İstifadəyə yararlı olan hissələr təyinatı üzrə istifadə ediləcək, ciddi zədələnmiş hissələr isə utilizasiyaya göndəriləcək.

İlkin olaraq təyyarənin bərpası planlaşdırılırdı, lakin daşınma çətinlikləri səbəbindən bu, iqtisadi cəhətdən səmərəsiz hesab edilib.

Xatırladaq ki, 2023-cü il sentyabrın 12-də Soçidən Omska uçan təyyarə hidravlik sistemin nasazlığı ilə üzləşib və yanacaq çatışmazlığı səbəbindən tarlaya eniş edib. Təyyarədə 23 uşaq da daxil olmaqla 170 sərnişin olub, xəsarət alan olmayıb; sərnişinlər müstəqil təxliyə olunublar və sığorta şirkəti onların hər birinə 100 min rubl (təxminən 1750 manat) ödəyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv