Çayxorların NƏZƏRİNƏ: Ürək xəstəliyi riskini 8 faiz, infarktı isə 10 faiz…

Çayxorların NƏZƏRİNƏ: Ürək xəstəliyi riskini 8 faiz, infarktı isə 10 faiz…






presstv

"Presstv"az #Araşdırma, #Bakteriya, #Beyin funksiyaları, #çayda, #Sağlam qidalanma, #Stres, #Uzunömürlülük

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çay, sadəcə gündəlik həyatımızda əvəzsiz bir içki olmaqla yanaşı, sağlamlığımıza da bir çox müsbət təsir göstərir.

presstvaz milli.az-a istinadən xəbər verir ki, elmi araşdırmalar nəticəsində müəyyən olunub ki, müntəzəm çay istehlakı ürək xəstəliyi riskini 8 faiz, infarkt riskini isə 10 faiz azalda bilər.

Tədqiqatlar göstərib ki, çayın tərkibindəki polifenollar bağırsaq mikroflorasına müsbət təsir göstərə bilər. Bu maddələr faydalı bakteriyaların artmasına şərait yaradır, eyni zamanda zərərli bakteriyaların çoxalmasının qarşısını alır. Qara və yaşıl çayın tərkibindəki amin turşusu və kofein sinergetik təsir göstərərək diqqəti artırır və beyin funksiyalarını gücləndirir. Qəhvədən fərqli olaraq çayda olan kofein daha yavaş sorularaq daha uzun müddət davam edən enerji təmin edir. Digər bir araşdırma zamanı isə qara çayın aromasının idrak tapşırıqları zamanı stresi azaltdığı sübut olunub. Çobanyastığı çayının sakitləşdirici təsiri, nanə çayının isə təravətləndirici və diqqət artırıcı xüsusiyyətlərə malik olduğu bildirilib. Ümumilikdə sağlam qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu kimi faktorlar uzunömürlülük üçün həlledici rol oynayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv