“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti ilə bağlı TƏLİMAT

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti ilə bağlı TƏLİMAT






presstv

"Presstv"az #Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), #İqtisadiyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətinin mahiyyəti və istifadə qaydaları barədə təlimat hazırlanıb.

presstvaz xəbər verir ki, bu barədə ƏMDX məlumat yayıb.

Qeyd olunub ki, ƏMDX-nin saytında yerləşdirilən təlimatda elektron xidmətin istifadəsi və müraciətin rəsmiləşdirilməsi qaydaları, tələb olunan sənədlər, baxılma proseduru və mərhələlərlə bağlı zəruri məlumatlar yer alıb. Məqsəd müraciət edən torpaq mülkiyyətçiləri tərəfindən daxil olan sənədlərin tam və düzgün tərtib olunmasına, elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılmasına nail olmaqdır.

Həmçinin təlimat vasitəsilə mülkiyyətçilərin müraciətlə bağlı yarana biləcək sualları aydın formada və sənəd nümunələri ilə cavablandırılıb.

“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətinin istifadəsinə dair təlimatla https://bit.ly/416l0en linki vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, müraciətlərin düzgün qəbulu, etibarlılığı və vaxtında cavablandırılması üçün müraciət edən subyektlər qanunla müəyyən edilmiş elektron imzalara sahib olmalı, əlavə olunmalı sənədlərin tamlığı və dürüstlüyü təmin edilməlildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv