Xurmanı yeməzdən qabaq bir daha düşünün

Xurmanı yeməzdən qabaq bir daha düşünün






presstv

"Presstv"az #Qış mövsümü, #Xırnik, #Xurma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qış mövsümünün müjdəçisi olan xurma (xırnik) şirin və qidalandırıcı meyvə olmaqla yanaşı, çox yeyilən zaman insan səhhətində bəzi problemlərə yol aça bilər.

presstvaz   “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edirlər.

Onların sözlərinə görə, tərkibində A vitamini, kalium, fosforun bol olduğu bu meyvəni bəzi hallarda diqqətlə qəbul etmək lazımdır.

Xurma tərkibindəki pəhriz lifi və antioksidantlar sayəsində ürək sağlamlığını dəstəkləyir, damarları təmiz saxlayaraq ürək xəstəliyi riskini azaldır. Bundan əlavə, xurmanın tərkibindəki kalium qan təzyiqini tarazlayır. Həmçinin qabığındakı lutein göz xəstəliklərindən qoruyur. Meyvənin tərkibindəki antioksidantlar xərçəng və insult riskini azaltmağa kömək edir.

Mütəxəssislər vurğulayırlar ki, xurmanın orqanizmə verdiyi faydalarla yanaşı, onu yeyərkən nəzərə alınması lazım olan məqamlar da var:

“Xurmada təbii şəkər yüksək olduğundan şəkər xəstələri üçün uyğun olmaya bilər. Həddindən artıq qəbulu qan şəkərinin səviyyəsinin sürətlə artmasına və qəbizliyə gətirib çıxara bilər.

Bəzi insanlarda xurmaya allergik reaksiyalar yarana bilər. Qaşınma, şişkinlik və mədə-bağırsaq narahatlığı kimi simptomlar baş verə bilər. Belə simptomlar müşahidə edildikdə xurma qəbulu dayandırılmalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv