Əfqan məmurların “Taliban” liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi

Əfqan məmurların “Taliban” liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi






presstv

"Presstv"az #Əfqanıstan, #Sərəncam, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əfqanıstanda “Taliban” hərəkatının ali lideri Heybətulla Axundzadə məmurlara onun şəxsi icazəsi olmadan ölkədən kənara çıxmağı qadağan edib.

presstvaz-ın məlumatına görə, bu barədə “Etilaatroz” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Xəbərə görə, “Taliban” liderinin sərəncamı ilə əlaqədar olaraq ona birbaşa tabe olan xüsusi bölmədən azı min döyüşçü Kabil aeroportu da daxil olmaqla ölkənin hava limanlarında yerləşdirilib.

Onların əsas vəzifəsi əfqan məmurlarının liderin şəxsi icazəsi olmadan xaricə getmələrinin qarşısını almaqdır.

Qeyd olunur ki, bundan sonra “Taliban” hökuməti üzvlərinin xarici səfərləri zamanı əcnəbi nümayəndələrlə bütün danışıqlar və görüşlər hərəkatın ali liderinin etimad göstərdiyi şəxsin iştirakı ilə keçirilməlidir.

Mənbənin birinin əlavə etdiyinə görə, Axundzadənin ən sadiq məmurlarından biri olan DİN başçısının müavini Sədr İbrahimə tabe olan qüvvələr paytaxtda vəziyyətə nəzarət etmək üçün əlavə postlar qurublar.

Ehtimal olunur ki, “Taliban” liderinin bu qərarı qızlar və qadınlar üçün təhsil qadağasının ləğvi uğrunda mübarizə aparan XİN rəhbərinin müavini Məhəmməd Abbas Stanekzayın xaricə qaçması ilə əlaqədardır.

Əfqan KİV-nin məlumatına görə, “Taliban” daxilində hərəkatın ali lideri Heybətulla Axundzadənin tərəfdarları ilə daxili işlər naziri Siracəddin Həqqaninin qruplaşması arasında gərginlik artır. Bildirilir ki, ölkədə canlı varlıqların foto və video çəkilişinə sərt məhdudiyyətlər qoyulduqdan sonra gərginlik yeni mərhələyə qədəm qoyub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv