Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar – ARAŞDIRMA

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar – ARAŞDIRMA






presstv

"Presstv"az #Araşdırma, #Avropa, #Həkim, #Səhiyyə Nazirliyi, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər özünü həkim-kosmetoloq adlandıranların sayı sürətlə artıb.

presstvaz   Baku TV-yə istinadən məlumat verir ki, araşdırmalar zamanı məlum olub ki, bu şəxslərin nə diplomları var, nə də kosmetoloq kimi fəaliyyət göstərmək üçün rəsmi icazələri. Buna baxmayaraq, onlar müxtəlif prosedurlar həyata keçirir və insanların sağlamlığını riskə atırlar.

Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyir ki, kosmetoloq kimi yalnız baza və ali tibb təhsili olan şəxslər çalışa bilərlər. Yəni hər yerindən duran özünə kosmetoloq deyə bilməz:

“Avropada həkim olmayan şəxs xəstənin üzünə iynə vura, mezoterapiya edə və digər prosedurları apara bilməz. Yəni bu sahədə çalışan şəxs ən azı anatomiya, fiziologiya və bədəndə gedən prosesləri bilməlidir. Kosmetoloq adını yalnız həmin sahənin lisenziyasını almış şəxs daşıya bilər. Lisenziya isə müvafiq sənədlər əsasında verilməlidir”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla konservativ və korreksiya üsulları daxildir:

“Bu üsullar kosmetoloji işə aid olduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibb təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər”.

Həmçinin qeyd edilib ki, gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv