Son günlər qiyməti düşən maşınlar

Son günlər qiyməti düşən maşınlar






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Çin, #Hyundai

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avtomobil bazarında vəziyyət heç də ürəkaçan deyil.

presstvaz milli.az-a istinadən xəbər verir ki, tıxacların çoxalması, parkinqlə bağlı qüvvəyə minən qərarlar, cərimələrin artırılması, qiymət artımı və başqa bu kimi amillər satışa çıxarılan avtomobillərin sayına təsir edir. Tələbat azaldıqca, qiymət də azalır. Belə ki, hazırda maşın alandan çox, satan var.

Ümumiyyətlə, son zamanlar bütün maşınların qiyməti düşüb. Mühərrik həcmi 2-dən yuxarı olan maşınların qiymətində geriləmə müşahidə edilir. Lakin, bəzi modellər var ki, onlar ölkədə çox sayda olduğu üçün endirim daha çox gözə çarpır.

2010-2014-cü illərdə istehsal olunan BMW F10 modelinin qiyməti kəskin düşüb. Əvvəllər ən pis vəziyyətdə olan F10-u 22 minə tapmaq olurdusa, hazırda bu rəqəm 16 minə qədər düşüb.

Mitsubishinin Pajero modeli də kəskin qiymət azalması ilə üzləşən avtomobillərdəndir. Bu maşının 2007-2008-ci ildə istehsal olunan modellərini 15-16 mindən tapmaq mümkündür.

Hyundai Elantra və Kia Cerato da qiyməti düşən modellərdəndir. Amerikadan auksiondan ucuz qiymətə gətirilən maşınların sayı o qədər artıb ki, ötən il 27 min manatdan təklif olunan Elantraları, artıq 16 min manata da tapmaq olur. Bu maşınların həm ekonomluq, həm də müasir texnologiya baxımından Çin avtomobillərindən geridə qalması da onun bazarına mənfi təsir edir.

Son aylarda ən çox alınan maşınlar sırasında Toyota corolla, Changan Uni-V, BYD destroyer, BMW-nin ili 2015-dən  yuxarı olan F seriyası, Hyundai və Kianın ili 2018-dən yuxarı olan modelləridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv