Azərbaycanda iki bankın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb ediliblər

Azərbaycanda iki bankın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb ediliblər






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Mərkəzi Bankı (AMB), #Bakı, #İnzibati Xətalar Məcəlləsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-nin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

presstvaz   xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində hər iki bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. Son nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən “PAŞA Bank”ın vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 min manat, Məcəllənin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən isə “Yapı Kredi Bank Azərbaycan”ın vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 8 min manat cərimə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv