Azərbaycan USAID-in ölkədə fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-yə bildiriş göndərib

Azərbaycan USAID-in ölkədə fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-yə bildiriş göndərib






presstv

"Presstv"az #ABŞ, #Ayxan Hacızadə, #Azərbaycan, #Ceyhun Bayramov, #Gürcüstan, #Maka Boçorişvili, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib.

presstvaz  bildirir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-a açıqlamasında deyib.

“USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib”, – deyə A.Hacızadə bildirib.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Bu addım gerçəkləşsə, beynəlxalq yardımla bağlı proqramların idarəolunmasında agentliyin muxtariyyətini azaltmış olacaq.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur:

“USAID-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv