Türkiyədə hoteldə yanğınla bağlı həbs edilənlərin SAYI ARTDI – İki məmur da həbsxanaya göndərildi

Türkiyədə hoteldə yanğınla bağlı həbs edilənlərin SAYI ARTDI – İki məmur da həbsxanaya göndərildi






presstv

"Presstv"az #Araşdırma, #Bələdiyyə, #Bolu vilayəti, #Haber Global, #Hadisə, #Kartalkaya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Bolu vilayətində “Kartalkaya” xizək kurortundakı “Grand Kartal” hotelində 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı araşdırma çərçivəsində saxlanılanlardan daha iki nəfər barəsində qərar çıxarılıb.

Bu barədə presstvaz  “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, yanğınla bağlı daha əvvəl saxlanılanlar arasında olan Bolu Regional Xüsusi İdarəsinin baş katibi Sırrı Köstereli və baş katibin müavini Bünyamin Bal barəsində də həbs qərarı çıxarılıb, onlar məhkəmədən sonra həbsxanaya göndəriliblər. Bununla da hadisə ilə bağlı həbs edilənlərin sayı 21-ə çatıb.

Xatırladaq ki, yanvarın 21-nə keçən gecə hoteldə baş verən yanğında 78 nəfər həyatını itirib və onlardan 36-sı uşaq olub. Hadisə ilə bağlı saxlanılan 30 nəfərdən daha əvvəl 19-u həbs edilib ki, onların sırasında hotel sahibi Halit Ergül, baş direktoru Emir Aras, yanğınsöndürmə məsələlərinə cavabdeh olan Bolu bələdiyyə sədrinin müavini Sedat Gülener və xilasetmə məsələləri üzrə müdir müavini Kənan Coşkun da var. Səkkiz şübhəli isə məhkəmə nəzarəti altında qalmaqla sərbəst buraxılıb, bir şübhəli prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv