Fuad Hüseynəliyev: “Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir”

Fuad Hüseynəliyev: “Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Braziliya, #Hadisə, #Hava Yolları, #Qroznı, #Rusiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin vurulmasına görə Rusiya tərəfi daha dəqiq terminlərlə üzr istəməli və kompensasiya ödənişi həyata keçirilməlidir.

presstvaz   xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 telekanalının efirində “İşgüzar səhər” verilişində deyib.

O qeyd edib ki, qəza ilə bağlı araşdırmanın açıqlanan ilkin nəticələri Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulduğunu açıq şəkildə göstərir.

“Azərbaycan tərəfi heç vaxt bildirməyib ki, Rusiya tərəfi Azərbaycanın mülki təyyarəsini qəsdən vurub. Əlbəttə ki, bu, xoşagəlməz bir hadisədir. Amma bu qəsdən olmayan hərəkətə görə də Rusiya tərəfi açıq şəkildə tam olaraq üzr istəməlidir. Rusiya tərəfi hadisə ilə bağlı indiyədək olan açıqlamalarında “Rusiya hava məkanında baş verən bədbəxt hadisə” ifadəsini istifadə edib”.

F.Hüseynəliyev vurğulayıb ki, bu, Rusiya hava məkanında bədbəxt hadisə deyil:

“Bu, Rusiya hava hücumundan müdafiə qüvvələrinin atdığı səhv bir addımdır. Hadisə ilə səhv fərqli anlayışlardır. Ona görə də düşünürəm ki, daha dəqiq terminlərlə üzr istənilməlidir”, – deyə F.Hüseynəliyev vurğulayıb.

Agentlik direktoru onu da əlavə edib ki, növbəti mərhələdə kompensasiya ödənişi və təyyarənin vurulmasında iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həyata keçirilməlidir:

“Rusiya tərəfinin hansı addımları atacağını proqnozlaşdırmaq bir qədər çətin olar. Çünki Rusiya tərəfi əvvəldən də tam aydın şəkildə hadisənin necə baş verdiyini bilirdi. Onların hansı addımları atacağını yaxın günlərdə görəcəyik. Ancaq reallıqdır ki, artıq Rusiya “Telegram” kanallarında ortaya atılan sərsəm iddiaların üstündən tam xətt çəkilir. Rusiya tərəfi də anlayır ki, bunu gizlədə bilməyəcək”.

F.Hüseynəliyev hadisənin ilk günlərində baş verən məsələnin diplomatik yolla yatırılması cəhdlərinə də diqqət çəkib:

“Qəzanın hansısa diplomatik yollarla yatırılması cəhdləri də olurdu. Amma Azərbaycan tərəfinin qətiyyəti göstərdi ki, biz bu məsələdə hər hansı bir kənar istiqamətdə araşdırma aparılmasına imkan verməyəcəyik. Ona görə də “qara qutular” açılmaq üçün məhz Braziliyaya göndərildi. Halbuki Dövlətlərarası Aviasiya Komitəsi var və bu qurum MDB məkanında baş verən aviaqəzaların “qara qutuları”nın açılmasını da həyata keçirir. Amma qurum Rusiyada yerləşir. Sırf şəffaf araşdırmaya görə “qara qutular” Braziliyaya göndərildi”.

F.Hüseynəliyev diqqətə çatdırıb ki, təyyarənin idarəetmə sistemləri itirildikdən yalnız səkkiz dəqiqə sonra “Kovyor” əməliyyatı barədə məlumat verilib:

“Təyyarə vurulandan səkkiz dəqiqə sonra Qroznıda həyata keçirilən “Kovyor” əməliyyatı barədə məlumat verilib. Açıqlanan ilkin nəticələr bunu deyir. Bununla həm də Rusiyanın istinad etdiyi təyyarə ekipajı “Kovyor” əməliyyatı barədə məlumatlı idi” tezisinin yalan olduğu üzə çıxır. Təyyarənin quş sürüsü ilə toqquşması və ya hava balonunun partlaması barədə ortaya atılmış fikirlərin də əsası olmadığı müəyyənləşib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv