ABŞ-dən İsrailə 1 milyard dollarlıq silah satışı: Tramp administrasiyası Konqresdən xahiş edib

ABŞ-dən İsrailə 1 milyard dollarlıq silah satışı: Tramp administrasiyası Konqresdən xahiş edib






presstv

"Presstv"az #ABŞ, #Benyamin Netanyahu, #Co Bayden, #Dollar, #Donald Tramp, #Hakim, #İsrail, #Livan, #Qəzza, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə təxminən 1 milyard dollar dəyərində yeni silah və hərbi texnika tədarükünə razılıq verilməsi üçün Konqresə sorğu göndərib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.

Məlumata görə, sövdələşməyə dəyəri 700 milyon dollardan çox olan 4700 ədəd 450 kq-lıq aviabombaların, həmçinin ümumi qiyməti 300 milyon dollardan artıq olan zirehli “Caterpillar” buldozerlərinin tədarükü daxildir. Proses ABŞ-nin İsrailə milyardlarla dollarlıq illik hərbi yardımı hesabına maliyyələşdiriləcək.

Qeyd edək ki, sövdələşmə ilə bağlı danışıqlar İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ilə eyni vaxta təsadüf edib. Fevralın 4-də Netanyahu Trampla görüşməyi planlaşdırır və bu zaman Qəzzada sülhün əldə edilməsi, Livanda atəşkəs və Yaxın Şərqdəki ümumi vəziyyət də daxil olmaqla əsas məsələlərin müzakirəsi gözlənilir.

Bundan əlavə, nəşrin yazdığına görə, İsrail tərəfi Tramp administrasiyasından Co Baydenin hakimiyyəti dövründə təsdiq edilmiş daha bir silah paketinin çatdırılmasının sürətləndirilməsini istəmək niyyətindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv