BDYPİ-dən piyadalara ciddi XƏBƏRDARLIQ

BDYPİ-dən piyadalara ciddi XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Avto, #Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara xəbərdarlıq edib.

presstvaz bildirir ki, bu barədə İdarədən   verilən məlumata görə, xəbərdarlıqda deyilir ki, yollarda piyadaların məsuliyyətsiz davranışı həm onların öz təhlükəsizliyi, həm də digər yol istifadəçiləri üçün böyük risk yaradır.

Bildirilib ki, piyadaların məsuliyyətsizliyi aşağıdakı hallarda özünü daha çox göstərir:

1. Piyadaların qırmızı işıqda və ya sürücülər üçün yaşıl işıq yandığı zaman keçidlərdən keçmək;

2. Yolu qaçaraq, telefonla məşğul olaraq və ya ətrafa diqqət yetirmədən keçmək. Xüsusilə uşaqlar və yaşlılar arasında bu cür hallar tez-tez müşahidə olunur;

3. Piyadaların təyin olunmuş keçidlərdən kənarda, eyni zamanda xüsusi təhlükəli hesab olunan yüksək sürətli və ya çox zolaqlı avtomobil yollarından keçmək;

4. Alkoqolun təsiri altında yola çıxmaq;

5. Gecə vaxtı tünd rəngli paltarlar geyinərək işıqlandırılmamış yollarda hərəkət etmək. Bu hal piyadaların görünməz olmasına səbəb olur;

BDYPİ həyat və təhükəsizliyi qorumaq üçün aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:

1. Yolu yalnız təyin olunmuş yerlərdən keçin;

2. Qırmızı işıqda dayanın və yaşıl işıqda keçin. Yolu keçərkən telefonla məşğul olmayın və ətrafa diqqət yetirin;

3. Gecə vaxtı işıq əks etdirən geyimlərə üstünlük verin;

“Unutmayın ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin məsuliyyətidir. Piyadalar və sürücülər qarşılıqlı hörmət və diqqətlə davransalar, qəzaların qarşısını almaq mümkündür”, – deyə BDYPİ-dən bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv