USAID qalmaqalı davam edir: Mask koronavirusu yaratmaqda, Tramp ifrat radikallıqda günahlandırdı

USAID qalmaqalı davam edir: Mask koronavirusu yaratmaqda, Tramp ifrat radikallıqda günahlandırdı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Dollar, #Donald Tramp, #Humanitar yardım, #İlon Mask, #Kiyev, #Koronavirus, #Məzuniyyət, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) “ifrat radikallar” rəhbərlik edirlər”.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

Ağ Ev rəhbəri onları kənarlaşdıracağını vəd edib.

Qeyd edək ki, ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask da USAID-i kəskin tənqid edərək, agentliyi sonu gəlməli olan cinayət təşkilat adlandırıb. Bundan əlavə, o, USAID-i “Amerikaya nifrət edən radikal sol marksistlərin yuvası” kimi xarakterizə edib. Maskın sözlərinə görə, agentlik koronavirus da daxil olmaqla bioloji silahların yaradılmasına pul yönəldib.

Xatırladaq ki, fevralın 2-də USAID-in saytının və onun “X” sosial şəbəkəsindəki səhifəsinin işləmədiyi məlum oldu. Sayta daxil olmağa cəhd edərkən https://www.usaid.gov/ veb-səhifəsinin müvəqqəti əlçatmaz ola biləcəyi və ya daimi olaraq yeni ünvana köçürüldüyü göstərilir. Saytın silindiyi, yoxsa bağlandığı hələ məlum deyil.

Bundan əvvəl isə təşkilatın 50-dən çox dövlət qulluqçusunun təcili olaraq inzibati məzuniyyətə göndərildiyi xəbəri verilib.

Yanvarın sonunda mediada USAID-in Kiyevə dəstək layihələrinin dondurulduğu bildirilib. Ukraynada layihələrə məsul olan təşkilatın əməkdaşlarına bütün işləri dayandırmaq əmri verilib. 2022-ci ildən USAID Ukraynaya humanitar yardım və dəstək olaraq 7.6 milyard dollardan çox vəsait ayırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv