Xaçmazdakı cinayətin DETALLARI – YENİLƏNİB

Xaçmazdakı cinayətin DETALLARI – YENİLƏNİB






presstv

"Presstv"az #Avto, #Bıçaq xəsarəti, #Hadisə, #Xaçmaz rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xaçmazda kişi bıçaqlanıb, onun həyat yoldaşı isə maşınla vurulub.

presstvaz   oxu.az-a istinadən xəbər verir ki, hadisə Xaçmazın Qaraçı kəndində baş verib.

Belə ki, 41 yaşlı Azər Şərifov qohumu, 35 yaşlı Rahim Məmmədovu bıçaqlamaqda şübhəli bilinir.

İddiaya görə, o, daha sonra Rahim Məmmədovun həyat yoldaşı, 33 yaşlı Sevinc Məmmədovanı avtomobillə vurub.

Bıçaq xəsarəti alan Rahim Məmmədovun atası bildirib ki, tərəflər arasında mübahisə yaranıb. Onun iddiasına görə, Azər Rahimi dava üçün təyin etdiyi yerə çağırıb.

Yaşanan bu hadisədən sonra həm bıçaq xəsarətləri alan Rahim Məmmədov, həm də maşınla vurulan qadın xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.

—————-
2025.02.02

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

presstvaz-ın Şimal bürosunun məlumatına görə, hadisə Qaraçı kəndində qeydə alınıb.

Belə ki, A.Şərifov mübahisə zəminində qohumu 1990-cı il təvəllüdlü R.Məmmədovu bıçaqlayıb. Daha sonra isə onun həyat yoldaşı 1992-ci il təvəllüdlü S.Məmmədovanı maşın ilə vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır. (Unikal)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv