Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin

Qırx yaşdan sonra bu vitamini mütləq qəbul edin






presstv

"Presstv"az #Həkim, #Qocalma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Yaşı 40-ı keçən şəxslər hökmən D3 vitamini qəbul etməlidir. Bu vitamin onların immunitet sisteminin güclənməsinə, qan təzyiqinin sabitləşməsinə, xərçəng riskinin azalmasına və qocalma prosesinin ləngiməsinə kömək edəcək”. 

presstvaz sfera.az-a istinadən xəbər verir ki, bunu diyetoloq və parafarmasçı Yuliya Popova bildirib.

Onun sözlərinə görə, D3 vitamini sağlamlığın qorunmasında əsas rol oynayır. O hesab edir ki, yaşı 40-ı ötən insanların bu vitamini qəbul etməsi xüsusilə vacibdir.
Həkim D3 vitamininin kalsiumun normal mənimsənilməsi üçün lazım olduğunu söyləyib: “Kalsium normal mənimsəniləndə sümüklər güclənir, sinir impulslarının ötürülməsi yaxşılaşır, hormonların və fermentlərin istehsalı artır. Bu vitaminin çatışmazlığı sümüklərin zəifləməsinə və osteoporoz riskinin artmasına da səbəb ola bilər”.

Həkim yaşı 40-ı ötən insanların C vitamininə diqqət yetirməsini də tövsiyə edib. Bu vitamin güclü antioksidant xüsusiyyətləri sayəsində qocalmanı ləngidir, karbohidrat mübadiləsini sürətləndirir, çəki və qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir. Bundan əlavə, Popova maqnezium, kollagen və omeqa-3-ün orqanizm üçün vacib elementlər olduğunu deyib.

Həkim sadalanan vitaminlərin müxtəlif qidalarda, o cümlədən qoz-fındıq, göyərti və balıqlarda zəngin olduğunu bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv