Heydər Əliyev prospektində hərəkətin təşkilində hansı dəyişiklik edilməlidir?

Heydər Əliyev prospektində hərəkətin təşkilində hansı dəyişiklik edilməlidir?






presstv

"Presstv"az #Heydər Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə paytaxtın Heydər Əliyev prospektinin köməkçi yolunda sürücüləri narahat edən problem haqqında məlumat verilib.

Belə ki, bu yolda nəqliyyat vasitələrinin əksəriyyəti mərkəz istiqamətində, yəni sol zolaqlarda hərəkət edir. Sürücülər irəlidəki arakəsmənin sol istiqamətində hərəkət etmək üçün düz xəttin tələbini pozmalı olurlar. Lakin sağ istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sayı olduqca azdır.

Qeyd olunub ki, köməkçi yoldan mərkəz istiqamətinə hərəkətin intensivliyini nəzərə alaraq, irəlidəki arakəsmənin bir qədər uzağa çəkilməsi, paralel olaraq düz xəttin də uzaqlaşdırılması mövcud vəziyyəti yüngülləşdirə bilər.

“Digər məqam isə sağ tərəfə əvvəldə üç, sonra iki zolağın olmasıdır. Nəqliyyatın bu istiqamətdə seyrəkliyi nəzərə alınaraq, tam tərsinə, sola iki, sağa isə bir zolaq ayrılsa, daha məntiqli olar”, – deyə vurğulanıb.

Əlavə edilib ki, arakəsmənin yaxında olması burada mütəmadi qəzalara səbəb olur.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv