Bu gün Premyer Liqada XXI turun daha iki oyunu keçiriləcək

Bu gün Premyer Liqada XXI turun daha iki oyunu keçiriləcək






presstv

"Presstv"az #Araz-Naxçıvan, #Hakim, #Kamran Əliyev, #Neftçi, #Premyer Liqası, #Şamaxı, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Misli Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

presstvaz xəbər verir ki, günün ilk görüşündə “Turan Tovuz” “Səbail”i sınağa çəkəcək. Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.

“Turan Tovuz” 35 xalla dördüncü sırada yer alıb. 15 xala malik “Səbail” isə sonuncu – onuncudur.

Günün digər görüşündə “Araz-Naxçıvan” səfərdə “Sumqayıt”ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da çalınacaq.

Turnir cədvəlində “Araz-Naxçıvan” 42 xalla ikinci, 21 xalı olan “Sumqayıt” isə altıncı yerdə qərarlaşıblar.

Misli Premyer Liqası

III dövrə, XXI tur

1 fevral

16:00. “Turan Tovuz” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Tovuz şəhər stadionu.

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı 3:2, “Neftçi” isə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv