ABŞ dövlət katibi: “Baydenin Kiyev siyasəti Ukraynanı 100 il geri saldı”

ABŞ dövlət katibi: “Baydenin Kiyev siyasəti Ukraynanı 100 il geri saldı”






presstv

"Presstv"az #ABŞ, #Co Bayden, #Donald Tramp, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Co Bayden administrasiyasının Rusiya ilə münaqişədə Ukraynaya maliyyə dəstəyi səhv hesablanmış addım olub”.

presstvaz-ın “İnterfaks”a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio amerikalı jurnalist Meqin Kelliyə müsahibəsində bildirib.

Onun sözlərinə görə, demokratlar indi başa düşürlər ki, bu “dalana dirənən” maliyyələşmədir, hətta bəlkə də dalana düşməkdən daha pisdir.

Rubio izah edib ki, əvvəlki administrasiya insanları hansı yollasa Ukraynanın nəinki qalib gələcəyinə, həm də Rusiyanı məhv edə biləcəyinə inandırıb.

“Lakin nəticədə Ukrayna 100 il geriyə düşdü, energetikası məhv oldu, bir çox ukraynalı başqa ölkələrə köçdü və bəlkə də heç vaxt geri qayıtmayacaq. Bu isə ölkənin gələcəyini təhlükə altına alır”, – deyə o bildirib.

Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, hazırkı ABŞ Prezidenti Donald Trampın fikrincə, bu uzanmış münaqişəni başa çatdırmaq lazımdır.

“Danışıqlar aparılmalıdır və müzakirələrdə münaqişənin hər iki tərəfi nələrdənsə imtina etməlidir”, – deyə Rubio bildirib.

O əlavə edib ki, buna yalnız Prezident Trampın rəhbərliyi altında ABŞ nail ola bilər və o, bunu etməyə qərarlıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv