Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi

Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi






presstv

"Presstv"az #ABŞ, #Quru Qoşunları, #təyyarə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Fövqəladə Hallar Xidmətinin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olanlardan 40-nın cəsədini aşkar ediblər.

presstvaz-ın məlumatına görə, bu barədə CBS telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.

Bildirilib ki, bəzi cəsədlər sahilə axınla çıxıb, digərləri isə suyun altında tapılıb.

O da qeyd olunub ki, hazırda dalğıclar üçün əlçatmaz olan təyyarənin quyruq hissəsində də cəsədlər qala bilər.

Xatırladaq ki, yanvarın 29-da “American Airlines” aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ qalan olmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv