Böyümüş limfa düyünləri: Nə zaman narahat olmaq lazımdır?

Böyümüş limfa düyünləri: Nə zaman narahat olmaq lazımdır?






presstv

"Presstv"az #Arıqlama, #Bakteriya, #Həkim, #Həkim məsləhəti, #Limfa düyünləri, #Rusiya, #Xərçəng xəstəliyi, #Xərçəngin aşkar edilməsi texnologiyaları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Limfa düyünləri – bədən boyunca yerləşən kiçik, lakin çox vacib immun sistem orqanlarıdır. Onlar virusları, bakteriyaları və xərçəng hüceyrələrini tutan özünəməxsus filtrlər rolunu oynayır.

Lakin limfa düyünlərinin uzunmüddətli böyüməsi, xərçəng də daxil olmaqla, ciddi xəstəliklərin əlaməti ola bilər.

presstvaz-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı hematoloq Timur Burkov xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, limfa düyünləri ən çox alt çənə və boyun nahiyəsində böyüyür.

“Əgər bu çənə nahiyəsində baş verirsə, adətən səbəb viruslardır. Lakin boyundakı limfa düyünlərinin böyüməsi təkcə virus və bakterial infeksiyalarla deyil, həm də limfatik sistemin bədxassəli xəstəliyi olan limfoma ilə əlaqəli ola bilər”, – deyə Burkov izah edir.

Mütəxəssis həmçinin qeyd edir ki, qoltuqaltı böyümüş limfa düyünləri süd vəzi xərçəngi və ya yuxarı ətrafların infeksiyalarından, qasıq nahiyəsində isə kiçik çanaq şişlərindən və ya cinsi yolla keçən xəstəliklərdən xəbər verə bilər.

Həkim limfa düyünlərinin böyüməsinin hansı hallarda əhəmiyyətli olmadığını da izah edib.

“Məsələn, KRVİ-dən sonra onlar bir neçə həftə ərzində böyümüş qala bilərlər. Əgər limfa düyünləri təkdirsə, yumşaqdırsa, dəri ilə bitişməyibsə – bu təhlükəli deyil. Həmçinin limfadenopatiya 3 həftədən az və ya düyünlərin ölçüsü dəyişmədən bir ildən çox davam edirsə, narahat olmağa dəyməz – bu halda xərçəng ehtimalı aşağıdır”, – deyə doktor Burkov təskinlik verir.

Hematoloq vurğulayır ki, limfa düyünləri autoimmun xəstəliklər və vərəm zamanı da böyüyə bilər. Lakin bu hallarda arıqlama, temperaturun yüksəlməsi kimi digər narahatedici simptomlar da müşahidə olunacaq.

Bəs limfa düyünlərinin təhlükəli böyüməsini necə ayırd etmək olar?

Onun sözlərinə görə, ən şübhəli olanlar – diametri 1.5-2 sm-dən böyük (yerləşməsindən asılı olaraq), toxunduqda sərt, dəri ilə bitişmiş limfa düyünləridir. Belə limfa düyünləri punksion və ya eksizion biopsiya kimi əlavə müayinədən keçmək üçün ciddi səbəbdir.

“Lakin hətta narahatedici əlamətlər olduqda belə özünüzə “xərçəng” diaqnozu qoymayın. Böyümüş limfa düyünləri – orqanizmin mütəxəssislər tərəfindən daha ətraflı müayinə olunmaq lazım olduğu barədə siqnalıdır”, – deyə Timur Burkov sözlərini yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv